Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib

Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib
Siyasət 21

Estoniyanın Azərbaycana yeni təyin olunan səfiri Tiina Nirk rəsmi Bakının Ukraynaya humanitar yardımlarını yüksək qiymətləndirib.

BAKU.WS xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Bundan başqa diplomat Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.

Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd edib.

Son xəbərlər