Bakıda kirayə mənzillər ən çox bu rayonda bahalaşıb - SİYAHI

Bakıda kirayə mənzillər ən çox bu rayonda bahalaşıb - SİYAHI
Açıqlama
Sosial 50

"Bakıda kirayə mənzil bazarında qiymət artımı əsasən Nəsimi, Yasamal, Nərimanov, Səbail və Xətai rayonlarında müşahidə olunur. Bu ərazilər həm infrastrukturun inkişaf səviyyəsinə, həm də ali təhsil müəssisələrinin burada yerləşməsinə görə digər rayonlardan fərqlənir".

Bunu BAKU.WS-ə açıqlamasında AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, yeni tədris ilinin başlaması ilə tələbələrin paytaxta gəlməsi həmin rayonlarda kirayə mənzillərə tələbatı artırır:

"Son dövrdə kirayə qiymətlərində artım müşahidə olunur və bu tendensiyanın sentyabrın sonunadək davam edəcəyi gözlənilir. Bundan sonra bazarda müəyyən sabitləşmənin yaranması mümkündür.

Lakin bu, kirayə qiymətlərinin sonrakı mərhələdə artmayacağı anlamına gəlmir. Çünki Bakıda kirayə bazarına təsir edən əsas amil yalnız tələbələrin paytaxta gəlməsi deyil. Burada urbanizasiya prosesi, yəni işçi qüvvəsinin regionlardan Bakıya axını, investorların və xarici vətəndaşların paytaxta marağı, eləcə də ölkədə keçirilən iri beynəlxalq və idman tədbirləri də mühüm rol oynayır.

Hazırda qeyd olunan rayonlarda yüksək qiymət seqmentində mənzillərin aylıq kirayəsi təxminən 750-800 manatdan başlayaraq 1500 manata qədər dəyişir. Bununla belə, bazarda daha bahalı, eksklüziv mənzillər də mövcuddur. Belə mənzillərin aylıq kirayəsi 7 min manata çata bilər və bəzi hallarda ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları tərəfindən də icarəyə götürülür.

Bu səbəbdən eksklüziv mənzillərin qiymətlərini ümumi orta göstəriciyə daxil etmək bazardakı real vəziyyəti tam əks etdirməyə bilər. Daha düzgün mənzərəni əldə etmək üçün kütləvi kirayə seqmentindəki qiymətlər əsas götürülməlidir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər