Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü
Sumqayıtda qayınatasının evində yaşayan kişi həyat yoldaşını döyüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində baş verib.
Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Murad Zamanov (ad və soyad şərtidir) 2021-ci ildə Vəsilə ilə ailə həyatı qurub. Onların qalmağa yerləri olmadığından Vəsilənin valideynləri ilə birlikdə yaşamağa başlayıblar. Cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib.
Son günlər Murad evə mütəmadi olaraq sərxoş vəziyyətdə gəldiyindən ailədə mübahisələr yaranıb.
Bir neçə gün öncə Murad gecə saatlarında evə yenə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı ona irad bildirib. Yaranan mübahisə nəticəsində Murad evin foyesində qayınatasına məxsus çəliyi götürərək, həyat yoldaşına zərbələr endirib. Hadisə nəticəsində qadın xəsarətlər alıb və səsə Vəsilənin valideynləri gələrək onu evdən qovublar.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Zamanov saxlanılıb və istintaqa təhvil verilib. Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər və arvad arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Əhali qorxu içində: "Üstümə cumdu, məni yerlə sürüdü"
Gəncə şəhərinin Zülfü Hacıyev küçəsində yaşayan sakinlər ərazidə sahibsiz itlərin sayının artmasından şikayətçidirlər. BAKU.WS xəbər verir ki, Baku TV-nin qayna...