"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
23
sen
2026
16:13
Prezident İlham Əliyev 7 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısında dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC siyahıya əlavə edilib.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Oxşar xəbərlər
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı...