İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
23
sen
2026
16:45
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib.
BAKU.WS xəbər verir ki, mətndə deyilir:
"Əlahəzrət,
Qardaşınız – görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Oxşar xəbərlər
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
Prezident İlham Əliyev 7 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək...