Yer kürəsinin iki nəhəng buz örtüyü 47 ildə 12 trilyon tondan çox buz itirib

Yer kürəsinin iki nəhəng buz örtüyü 47 ildə 12 trilyon tondan çox buz itirib
Dünya 15

Qrenlandiya və Antarktidadakı nəhəng buz örtükləri 1979-cu ildən bəri 12 trilyon tondan çox buz itirib. Bu itki qlobal dəniz səviyyəsinin təxminən 31,4 millimetr yüksəlməsinə səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə 58 alimin imzaladığı genişmiqyaslı hesabatda bildirilib.

Tədqiqatçılar 27 peyk missiyasından əldə olunan məlumatlar əsasında buz örtükləri ilə bağlı 42 araşdırmanın nəticələrini bir araya gətiriblər. Nəticələr son 47 ildə buz itkisinin davamlı şəkildə artdığını göstərib.

Alimlərin hesablamalarına görə, buz itkisinə səbəb olan proseslərin təxminən 84 faizi buzlaqların okeana daha sürətlə axması ilə bağlıdır. Qalan 16 faiz isə əsasən səthdə ərimə və atmosfer şəraiti ilə əlaqələndirilir.

Tədqiqatçılar bildirirlər ki, okeanların isinməsi buzlaqların əriməsini sürətləndirən əsas amillərdən biridir. Qrenlandiyada Atlantik okeanından gələn daha isti suların şimala doğru irəliləməsi, Antarktidada isə güclənən okean axınları buz örtüklərinə əlavə təzyiq yaradır.

Mütəxəssislər buz itkisinin 1990-cı illərdən etibarən daha da sürətləndiyini və uzunmüddətli geriləmə tendensiyasının davam etdiyini qeyd edirlər. Araşdırmanın nəticələri "Scientific Data" jurnalında dərc olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər