Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 5,0 %-ə endirilib, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.
"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb", - deyə AMB bəyan edib.
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,48 ABŞ dolları və ya 1,5 % azalaraq 96,93 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...