Azərbaycan 3 ölkədən düyü tədarükünü bərpa edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 30,7 milyon ABŞ dolları dəyərində 33 min 781 ton düyü idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycan Hindistandan 25,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 21 % az) 25 min 401 ton (-20 %), Qazaxıstandan 2,8 milyon ABŞ dolları dəyərində (-27 %) 5 min ton (-21 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 1 min 974 ton (+4,7 dəfə), Pakistandan 985 min ABŞ dolları dəyərində (-56 %) 1 min 45 ton (-64 %), Türkiyədən 169,4 min ABŞ dolları dəyərində (-61 %) 126 ton (-80 %) düyü alıb.
Azərbaycan 8 il 7 ayın tamamında Kanadadan (0,3 min ABŞ dolları dəyərində 0,01 ton), 3 il 10 aylıq aradan sonra Böyük Britaniyadan (0,3 min ABŞ dolları dəyərində 0,15 ton) və 1 il 11 aylıq fasilənin ardından Yunanıstandan (23,3 min ABŞ dolları dəyərində 14 ton) tədarükü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş 54 min 964 ton düyünün 70,3 %-i Hindistanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycan Türkiyəyə 2 milyard dollarlıq qaz ixrac edib
Azərbaycan 2026-cı ilin ilk doqquz ayında Türkiyəyə 1,971 milyard dollar dəyərində təbii qaz ixrac edib. Bu müddətdə qardaş ölkəyə 7,068 milyard kubmetr qaz təd...