Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır
Bakının 10 rayonunda yerləşən lift, eskalator və travelatorların əsaslı təmiri və dəyişdirilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq.
BAKU.WS-in məlumatına görə, bununla bağlı "Lifttəmir" İstehsalat Birliyi tərəfindən satınalma elan edilib.
Layihə çərçivəsində Nizami, Nərimanov, Xətai, Səbail, Binəqədi, Nəsimi, Yasamal, Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşən lift, eskalator və travelatorların vəziyyətinin qiymətləndirilməsi və əsaslı təmir və ya dəyişdirilməsi işləri üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Satınalmanın ehtimal olunan dəyəri 1 milyon 244 min 648 manat 60 qəpik müəyyən edilib.
Hazırlanacaq layihə-smeta sənədləri Bakıdakı lift, eskalator və travelatorların texniki vəziyyətinə uyğun əsaslı təmir və dəyişdirilmə işlərinin planlaşdırılmasına imkan verəcək. Nəticədə köhnəlmiş və nasaz avadanlıqların yenilənməsi, sakinlərin və şəhər sakinlərinin daha təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı
Vətəndaş sosial şəbəkədə gördüyü elan vasitəsilə əlaqə qurduğu xalçayuma şirkətinə təmizlənməsi üçün verdiyi xalçasını geri ala bilmir. Baku TV-nin qaynar xətti...