Bakıda bina yandı (FOTO)

Bakıda bina yandı (FOTO)
Hadisə 1207

Bakıda 6 mərtəbəli binada yanğın baş verib.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2520 kv.m olan 6 mərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 230 kv.m sahədə, 1-ci mərtəbədən 6-cı mərtəbəyə qədər pilləkən qəfəsi, mərtəbələrdə olan xolların divarlarına vurulmuş taxta üzlüklər 340 kv.m sahədə və mansard hissəsi 40 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, ötən gün həmin ünvanda yanğın hadisəsi baş vermiş və yanğının qarşısı yanğınsöndürmə briqadaları tərəfindən alınmışdı.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadın evində yandı

Bakıda qadın evində yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa mə...

1589 Hadisə 10:26 08 mart 2016

Son xəbərlər