Azərbaycanda istirahət mərkəzi yandı
10
sen
2016
09:57
Masallıda istirahət mərkəzi yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Masallı şəhərində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 72 m2 olan lambirdən ibarət 3 otaqlı kotecin 2 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 50 m2 sahədə yanıb.
Kotecin qalan hissəsi, yaxınlıqdakı digər koteclər və meşə ərazisi yanğından mühafizə olunub.
Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda istirahət mərkəzində yanğın
Masallı rayonunda istirahət mərkəzində ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyadan ibarət restoranın yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Fövqəlad...