Azərbaycanda YDM-də yanğın oldu

Azərbaycanda YDM-də yanğın oldu
Hadisə 2009

 

Masallıda yanacaq doldurma məntəqəsində (YDM) yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, Masallının Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan "ŞƏRƏFƏ" petrol yanacaq doldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğından yanacaq doldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakıda bina yandı (FOTO)

Bakıda bina yandı (FOTO)

Bakıda 6 mərtəbəli binada yanğın baş verib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məx...

1207 Hadisə 10:15 22 mart 2016

Son xəbərlər