Bakı səhəri yanğın xəbəri ilə açdı

Bakı səhəri yanğın xəbəri ilə açdı
Hadisə 3223

Bu gün Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli binada yanğın hadisəsi baş verib.

BAKU.WS-in FHN-ə istinadən verdiyi məlumata görə, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.

Hər iki mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakıda yanğın qeydə alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, dünən Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mər...

1293 Hadisə 08:37 04 oktyabr 2016

Son xəbərlər