Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında yaralananlardan bir nəfər qadın dünyasını dəyişib.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkim direktoru Vaqif Qəhrəmanovun BAKU.WS-ə verdiyi məlumata görə, qadın reanimasiyada dünyasını dəyişib.
"Hazırda yaralıların 9-u xəstəxanadadır. Onlardan 4-5-nin vəziyyəti olduqca ağırdır. Bir neçə xəstə əməliyyat olunur”, - deyə Vaqif Qəhrəmanov bildirib.
Baş həkimin verdiyi məlumata görə, yaralıların bəzilərinin kimliyi məlum olub. Lakin xəsarət alanlarda bir-neçəsinin kimliyi hələlik məlum deyil. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur.
Report saytının verdiyi məlumata görə, qəzada ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında "Ford” markalı mikrovatobus yüksək sürətlər gedərkən qarşıdakı maneəyə çırpılıb. Qəza zamanı 3 nəfər ölüb, 10 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Ziya Səccad
BAKU.WS