Venesuela neftindən əldə olunan qazanc bu banklara yerləşdiriləcək

Venesuela neftindən əldə olunan qazanc bu banklara yerləşdiriləcək
Dünya 125

ABŞ Energetika Nazirliyi Venesuela neftinin dünya bazarında satış müddətinə hər hansı məhdudiyyət qoyulmadığını bəyan edib.

BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi açıqlamada qeyd olunub.

"Venesuela neftinin satışı dərhal başlayacaq. Təxminən 30–50 milyon barrel neftin satışa çıxarılması gözlənilir. Satış prosesi müddətsiz olaraq davam edəcək", - deyə açıqlamada bildirilib.

Nazirliyin məlumatına görə, ABŞ artıq Venesuela neftinin dünya bazarında satışına başlayıb. Satışdan əldə edilən vəsaitlər ABŞ-nin nəzarətində olan bank hesablarına köçürüləcək. Daha sonra həmin pullar Vaşinqtonun qərarına əsasən Amerika və Venesuela xalqlarının maraqları naminə bölüşdürüləcək.

Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ Silahlı Qüvvələri Venesuelaya hücum edərək ölkə prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını saxlayıb. Yanvarın 5-də isə Venesuela liderinə qarşı narkokartelin yaradılması ilə bağlı ittihamlar üzrə məhkəmə prosesi başlanıb. Bildirilir ki, işə mahiyyəti üzrə baxılması 2027-ci ildən tez olmayacaq.

Venesuelada prezident səlahiyyətlərinin icrası vitse-prezident Delsi Rodrigesə tapşırılıb. ABŞ Prezidenti Donald Tramp Rodrigesi doğru qərarlar verməyəcəyi təqdirdə ağır bədəl ödəyəcəyi ilə hədələyib. Öz növbəsində Delsi Rodriges Trampı sülhə və dialoqa çağırıb.

Son xəbərlər