Ukraynada şəhərlərdən biri susuz qalıb
Ukraynanın Vinnitsa şəhərində elektrik təchizatında yaranan nasazlıq səbəbindən əsas su nasos stansiyası dayanıb və şəhərdə ciddi su problemi yaranıb.
BAKU.WS xəbər verir ki, yüksək gərginlikli elektrik xəttindəki fasilə nəticəsində həm əsas, həm də ehtiyat enerji mənbələri işləməyib.
Bu səbəbdən su anbarları müvəqqəti bağlanıb ki, mövcud ehtiyatlar qorunsun və sistem tezliklə bərpa olunsun.
Nəticədə şəhərin böyük hissəsində su ya tam kəsilib, ya da çox zəif təzyiqlə verilir.
Bundan əvvəl də Ukraynada digər bölgələrdə infrastruktur zədələnməsi səbəbilə oxşar fasilələr qeydə alınmışdı. Hazırda bərpa işləri davam edir.
Oxşar xəbərlər
ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək
ABŞ Dövlət katibi Marko Rubio oktyabr ayında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün İslandiya, Yunanıstan və Portuqaliyaya sə...