Uitkoff və Kuşner Cenevrədə İran üzrə danışıqlarda iştirak edəcəklər
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Cenevrədə İran məsələsi üzrə keçiriləcək danışıqlarda iştirak edəcəklər.
BAKU.WS xəbər verur ki, bu barədə Reuters агентliyi məlumat yayıb.
Məlumata görə, onlar səhər saatlarında Cenevrədə iranlı rəsmilərlə dolayı danışıqlarda iştirak edəcək, daha sonra isə şəhərin digər hissəsinə yollanaraq Ukrayna və Rusiya arasında aparılan danışıqlarda vasitəçi qismində çıxış edəcəklər.
Fevralın 17-si səhər saatlarında Rusiya nümayəndə heyəti Cenevrəyə gəlib. Burada Rusiya, Ukrayna və ABŞ arasında danışıqların üçüncü raundu keçiriləcək. İsveçrə Xarici İşlər Nazirliyinin məlumatına görə, üçtərəfli görüşlər media üçün qapalı formatda baş tutacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqların növbəti raundu üçün İsveçrənin bu şəhərinin seçilməsi məqsədəuyğunluq və bütün tərəflər üçün rahatlıq baxımından əsaslandırılıb.
Oxşar xəbərlər
Fransada meşə yanğını böyüyür: 1 500 hektar ərazi külə döndü
Fransanın cənub-qərbində yerləşən Şərqi Pireney departamentində baş verən meşə yanğını geniş əraziyə yayılıb. BAKU.WS xəbər verir ki, departamentin prefekti Pye...