Türkiyədəki terrorda şəhid olanlar kimlərdir? - Taksi sürücüsü, çiçək götürən qadın və…

Türkiyədəki terrorda şəhid olanlar kimlərdir? - Taksi sürücüsü, çiçək götürən qadın və…
Dünya 120

Türk Aviasiya Sənayesinin ürəyi sayılan TUSAŞ-ın Kahramankazan rayonundakı şəhərciyində törədilən terror aktı nəticəsində şəhid olanların kimliyi məlum olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada, hücumda mühəndis-mexanik Zahide Güçlü, keyfiyyətə nəzarət zabiti Cengiz Coşkun, işçi Həsən Hüseyn Cambaz, təhlükəsizlik işçisi Atakan Şahin Ərdoğan və taksi sürücüsü Murat Arslanın şəhid olduğu bildirilib.

Şəhid mühəndis Zahide Güçlü ərinin ona evlilik ildönümləri münasibətilə göndərdiyi gülü götürməyə gedərkən yaralanıb.

Güçlünü xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Məlumata görə. TUSAŞ-a hücum edən 2 terrorçu hadisədə istifadə etdikləri taksinin sürücüsü Murat Arslanı öldürərək avtomobilin baqajına qoyub.

Belə ki, TUSAŞ-a silahlı hücumda birinin şəxsiyyəti hələlik məlum olmayan 2 terrorçu "06 JMT 07" nömrə nişanlı taksidən istifadə edərək, Kahramankazan rayonunda dayanacaqdan taksiyə minib. Onlar sürücü Murat Arslanı şəhid edib.

Daha sonra taksi ilə TUSAŞ-a gedən terrorçular uzun lüləli silahlarla giriş qapısındakı avtomobildən düşüb və hücumu həyata keçiriblər.

Şəhid taksi sürücüsü Murat Arslanın atası Mahmut Arslan bildirib ki, terrorçular taksiyə dayanacaqlardan birində miniblər:

"Oğlumu maşının baqajına qoyub, maşında güllələyiblər. Oğlumu hələ də görə bilmədim".

Törədilən terror aktında həyatını itirənlərdən biri olan keyfiyyətə nəzarət məmuru Cengiz Coşqundur. O, Sivasın Divriği rayonundakı Hıdırlık kəndində qeydiyyatda olub. Mərhum uzun müddət imiş ki, ailə üzvləri ilə birgə Ankarada məskunlaşıb.

Stomatoloq Aysan Süngü Coşqunla evli olan Cengiz Coşkunun Alaz adlı övladının olduğu bildirilir. Coşqunun cənazəsi Ankarada torpağa tapşırılacaq.

Sincan rayonunun Yenikent küçəsində terror aktı nəticəsində həyatını itirən mühafizəçi Atakan Şahin Ərdoğanın evinin yerləşdiyi binaya Türkiyə bayraqları asılıb.

Şəhid Atakan Şahin Ərdoğanın cənazəsi Cimşit qəbiristanlığında torpağa tapşırılacaq.

Fotoda Hasan Hüseyin Cambaz

Son xəbərlər