Türkiyə Ordusunda faciə: İraqın şimalında 5 hərbçi zəhərlənərək şəhid olub
İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı faciə baş verib. Əməliyyat-axtarış tədbirləri zamanı mağarada baş verən hadisə nəticəsində 19 hərbçi metan qazından zəhərlənib, onlardan 5-i həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 28 may 2022-ci ildə "Pençe-Kilit" antiterror əməliyyatı çərçivəsində PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt adlı türk əsgəri şəhid olmuşdu. Lakin ağır atəş səbəbindən onun nəşini hadisə yerindən çıxarmaq mümkün olmamışdı.
İyulun 6-da şəhidin nəşinin tapılması üçün bölgədə aparılan yeni əməliyyat zamanı mağarada metan qazı sızması baş verib. Nəticədə 19 hərbçi zəhərlənib. Onlar vertolyotla xəstəxanaya çatdırılsa da, 5 əsgərin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin S...