Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir"
"İran Vaşinqtona Hörmüz boğazını mümkün qədər tez açmaq üçün müraciət edib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat verib.
Ağ Evin rəhbərinin sözlərinə görə, İran tərəfi ölkənin ali rəhbərliyi ilə bağlı qeyri-müəyyənliklə əlaqədar ciddi daxili siyasi böhranı təsdiqləyib.
"İran indicə bizə məlumat verdi ki, onlar çökmə vəziyyətindədirlər. Onlar rəhbərlikləri bağlı vəziyyəti həll etməyə çalışırlar. İnanıram ki, bunu bacaracaqlar! Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər", - deyə Tramp bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Oxşar xəbərlər
Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi
Türkiyədə aparıcı Ezgi Kılıçın qısa geyimi müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, "Lider Haber TV" kanalının aparıcısı Ezgi Kılıç canlı yayım zamanı...