Təlim keçirən hərbi təyyarə səhvən şəhəri bombaladı - Yaralılar var
Hərbi qırıcı təyyarə təlimlər zamanı təsadüfən Cənubi Koreya şəhərini "bombalayıb" və nəticədə azı 7 nəfər yaralanıb.
BAKU.WS "Shot" teleqram kanalına istinadən xəbər verir ki, hadisə Poçeon şəhərində, Koreya və Amerika hərbçiləri arasında birgə canlı atəş təlimlərinin keçirildiyi Seungjin təlim poliqonunun xaricində baş verib.
Mərmi şəxsi evə, kilsəyə və park edilmiş bir neçə avtomobilə dəyib və mülklərə ziyan dəyib.
Cənubi Koreya Hərbi Hava Qüvvələri də insidentə ABŞ ilə birgə təlimlər zamanı KF-16 qırıcısının döyüş sursatında yaranan nasazlığın səbəb olduğunu bildirib. KF-16 Amerikanın dördüncü nəsil səsdən sürətli qırıcı F-16 Fighting Falcon-un Cənubi Koreya modifikasiyasıdır.
Qalereya
Oxşar xəbərlər
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. BAKU.WS xəbər verir ki, bu barədə KİV nəlumat yayıb. Məlumata görə, məhkəm...