"Milton" qasırğası ABŞ-də yaşayan azərbaycanlının da evini vurdu
ABŞ-də Tampa Körfəzini vurmağa başlayan "Milton" qasırğası həyatı iflic etməyə davam edir. Qasırğa ötən gün yerli vaxtla saat 20:30-da Florida ştatının Sarasota yaxınlığındakı Siesta Key adasına 3-cü kateqoriya fırtına kimi daxil olub.
BAKU.WS xəbər verir ki, Prezident Co Bayden tərəfindən "Yüz ilin qasırğası" olaraq adlandırılan "Milton"dan yerli əhali ilə yanaşı Floridada yaşayan azərbaycanlı da ziyan çəkib.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə video və məlumat daxil olub.
"University of South Florida" təhsil alan həmyerlimiz bildirib ki, qasırğa St. Petersburg sahillərini darmadağın edib və onun yaşadığı mənzilə də xeyli ziyan dəyib.
Qeyd edək ki, ABŞ-nin Florida ştatının hökumət qurumları "Milton" qasırğasının yaxınlaşması ilə əlaqədar ştatın 5,5 milyondan çox sakininə evlərini tərk etməyi və təxliyə olunmağı tövsiyə edib.
Burada 3,3 milyondan çox elektrik abunəçisi işıqsız qalıb.
Ümumilikdə Təxminən 11 milyon insan daşqınlar və çayların daşması təhlükəsi ilə üzləşib. Son rəqəmlərə görə 16 nəfər təbii fəlakət nəticəsində vəfat edib.
BAKU.WS Floridada "Milton"un viran qoyduğu ərazilərdən görüntülər təqdim edir:
Oxşar xəbərlər
Qazaxıstanda arvadını öldürən sabiq nazir həbsxanadan yoxa çıxıb
Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniyada çəkməli olan Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbsxanadan yoxa çı...