Mertsin Tramp qarşısında susqunluğu tənqid edildi
İspaniya hökumətinin vitse-baş naziri Almaniya kanslerini ABŞ Prezidenti ilə görüşdəki davranışına görə tənqid edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
İspaniyanın baş nazir müavini Yolanda Diaz Almaniya kansleri Fridrix Merts Donald Tramp ilə görüş zamanı susqun qalmaqda günahlandırıb.
Diazın sözlərinə görə, kansler ABŞ prezidentinin İspaniya hökuməti haqqında sərt ifadələr səsləndirdiyi vaxt Oval kabinetdə sakit oturub.
Bildirilir ki, Tramp çıxışı zamanı İspaniya hökumətini "dəhşətli" adlandırıb və hətta ticarət əlaqələrini kəsməklə hədələyib.
İspaniyalı siyasətçi Mertsi Avropa İttifaqında mövcud vəziyyəti düzgün idarə edə bilməyən liderlər sırasına daxil edib.
"Bu gün Avropaya liderlik lazımdır, Trampa hörmət göstərmək üçün qarşısında baş əyən vassallar yox", – deyə Díaz bildirib.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...