Merts və Tramp Rusiyanın aktivlərindən Ukraynaya kömək üçün istifadəni müzakirə ediblər
Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Fridrix Mertsla telefonla danışıb, o, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ideyasını açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius məlumat verib.
Onun sözlərinə görə, tərəflər Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər:
"Almaniya kansleri Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək təşəbbüsünü elan edib".
Almaniya Nazirlər Kabinetinin sözçüsü əlavə edib ki, liderlər Ukraynadakı münaqişəyə tez bir zamanda son qoymaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək
ABŞ Dövlət katibi Marko Rubio oktyabr ayında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün İslandiya, Yunanıstan və Portuqaliyaya sə...