Merts və Tramp Davosda görüşməyə bilər - SƏBƏB
Almaniya kansleri Fridrix Merts ilə ABŞ prezidenti Donald Tramp arasında Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF) planlaşdırılan görüş ABŞ liderinin səfərində yaranan gecikmə səbəbindən ləğv oluna bilər.
BAKU.WS xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, çərşənbə günü Davosda keçirilməsi nəzərdə tutulan Donald Tramp və Fridrix Merts arasında ikitərəfli görüş ABŞ prezidentinin gecikməsi ucbatından baş tutmaya bilər.
Bildirilir ki, Trampın İsveçrəyə uçan təyyarəsi texniki nasazlıq səbəbindən havaya qalxdıqdan sonra yenidən ABŞ-yə qayıtmalı olub.
Ağ Evin mətbuat katibi Karolin Levittin sözlərinə görə, uçuşdan qısa müddət sonra prezidentə məxsus təyyarədə elektrik sistemi ilə bağlı kiçik problem qeydə alınıb. Bundan sonra Donald Tramp ehtiyat təyyarə ilə yenidən Davosa yola düşüb.
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makronun da Davos forumunu tərk etdiyi və Donald Trampla şəxsi görüşə dair razılıq əldə edə bilmədiyi barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
BƏƏ PUA hücumundan sonra iri neft emalı zavodunun fəaliyyətini dayandırıb
BƏƏ yanğına səbəb olan PUA zərbəsindən sonra ehtiyat tədbiri kimi iri Ər-Rüveys neft emalı kompleksinin fəaliyyətini dayandırıb. BAKU.WS "Report"a istinadən xəb...