İran neft bazarında şok: Tankerlər boş qaldı
2026-cı ilin sentyabr ayında İran heç bir tankeri neftlə yükləməyib. Bu, Tehran və Vaşinqton arasında münaqişə başlanandan bəri qeydə alınan ilk belə haldır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, eləcə də "Kpler" və "Vortexa" analitik xidmətlərinin məlumatlarına əsasən, sentyabrda İran tankerlərinə neft vurulması avqust ayındakı sutkada təxminən 250 min barellik göstərici ilə müqayisədə sıfıra enib.
"Bloomberg" qeyd edir ki, fevralın 28-də başlayan münaqişənin dayandırılması ilə bağlı ABŞ və İran arasında gedən danışıqlar, o cümlədən Hörmüz boğazına nəzarət məsələsinə görə uzanır. Agentlik bu həftənin əvvəlində bildirmişdi ki, İran rəsmiləri noyabrda ABŞ-də keçiriləcək aralıq seçkiyə qədər razılaşmanın əldə olunması perspektivlərini bədbin qiymətləndirirlər.
Oxşar xəbərlər
"Flydubai" təyyarəsini aviaqəzalar verilişlərinə baxan santexnik xilas edib - Tramp
"Flydubai" aviaşirkətinə məxsus təyyarəni aviaqəzalarla bağlı verilişlərə baxan israilli santexnik xilas edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Prezidenti...