İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ-nin dəniz blokadası tam ləğv olunana qədər Hörmüz boğazını bağlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bəyanatda bildirilir ki, atəşkəs razılaşmasının pozulması fonunda ABŞ İran gəmiləri və limanlarına qarşı dəniz blokadasını ləğv edənədək aprelin 18-dən etibarən Hörmüz boğazı bağlanır.
Qurum xəbərdarlıq edib ki, Fars və Oman körfəzlərində heç bir gəmi dayanacaq yerlərini tərk etməməlidir. Hörmüz boğazına yaxınlaşma düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək və qaydaları pozan gəmilər təqib olunacaq.
Oxşar xəbərlər
Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var
Rusiyanın Kemerovo vilayətində 13 nəfərin olduğu An-12 tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı üç nəfər ölüb. BAKU.WS xəbər...