İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib
Yeniliklərdən dərhal xəbərdar olun
İran Vaşinqtonun hücumlarından sonra ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib.
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib.
"Təcavüzə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri ABŞ terrorçu ordusunun bölgədəki yerləşmə məntəqələrinə zərbələr endirib", - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.
Daha sonra ABŞ vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.
Oxşar xəbərlər
Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var
Rusiyanın Kemerovo vilayətində 13 nəfərin olduğu An-12 tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı üç nəfər ölüb. BAKU.WS xəbər...