Gürcüstanın daxili işlər naziri türkiyəli generalla təyyarə qəzasını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş direktoru general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Yaşar Kadıoğlu qəzaya uğramış hərbi təyyarə ilə bağlı Gürcüstana gələn Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti Gürcüstan tərəfi ilə birlikdə hadisə yerində axtarış-xilasetmə və istintaq proseslərində iştirak edib.
Görüş zamanı general-leytenant Kadıoğlu səmərəli əməkdaşlığa və yüksək koordinasiyaya görə Geka Geladzeyə təşəkkürünü bildirib. Onun sözlərinə görə, qəza bölgəsində çalışan Gürcüstan polis bölmələri peşəkarlığı və yüksək standartlara uyğun fəaliyyəti ilə seçilib.
Görüşdə daxili işlər nazirinin birinci müavini Roni Mesxi, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay, səfirliyin digər nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 11 noyabrda Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan dövlət sərhədindən təxminən 5 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.
Oxşar xəbərlər
Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var
Rusiyanın Kemerovo vilayətində 13 nəfərin olduğu An-12 tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı üç nəfər ölüb. BAKU.WS xəbər...