Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb - RƏSMİ
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaqda yeni detallar açıqlanıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Şəhər Prokurorluğunun yaydığı hesabatda bildirilib ki, hadisə zamanı təyyarəyə hər hansı kənar müdaxilə edilməyib.
Araşdırmalar zamanı partlayıcı maddə izinə də rast gəlinmədiyi qeyd olunub.
Rəsmi məlumatda vurğulanıb ki, qəzanın səbəblərinin tam müəyyənləşdirilməsi üçün istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, hadisə 11 noyabr 2025-ci ildə baş verib. Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırı yaxınlığında, dik və çətin keçilən ərazidə aşkarlanıb.
Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısı həyatını itirib. Onların nəşləri tapılaraq Türkiyəyə təhvil verilib.
Oxşar xəbərlər
"Mango" brendinin qurucusunun oğlu atasının ölümündə şübhəli bilinir
İspaniya polisi "Mango" geyim imperiyasının qurucusu İsak Andicin ölümü ilə bağlı onun böyük oğlu Conatan Andici saxlayıb. BAKU.WS "The Economic Times"ə istinad...