Futbolçunun evinə girib ona və həyat yoldaşına silah çəkdilər
İspaniyalı futbolçu Aleks Berenguerin evinə silahlı hücum edilib.
BAKU.WS xəbər verir ki, hadisə idmançı ilə həyat yoldaşı Sofia Cem evdə olarkən baş verib.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, 3 naməlum şəxs Aleksin Mungiadakı evinə girərək oğurluq etməyə çalışıb.
Bu zaman idmançı mənzilin şüşə qapılarını bağlayaraq onların içəri girməyinə mane olub.
Hadisə zamanı oğrular Aleksə həyat yoldaşına silah çəkiblər. Lakin idmançı ilə Sofia hadisədən qəzasız-bəlasız qurtla biliblər.
Yerli polis yaşananlarla bağlı cinayət işi açıb və istintaq başladılıb. Aleks səhhətinin yaxşı olduğunu bundan sonra yaşadığı evində təhlükəsizlik tədbirlərini daha da gücləndirəcəyini bildirib.
Oxşar xəbərlər
ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı
ABŞ və Çin arasında ticarət münasibətlərinin tənzimlənməsi ilə bağlı yeni razılaşma əldə olunub. Tərəflər ümumi dəyəri 30 milyard dollar olan tariflərin qarşılı...