ABŞ Babək Zəncani ilə əlaqəli şirkətlərə və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib
ABŞ məhdudlaşdırıcı tədbirlərindən yayınma cəhdlərinə görə iranlı iş adamı Babək Zəncani ilə əlaqəli doqquz şirkətə və dörd fiziki şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Qurumun bəyanatına görə, sanksiyalar İranın "Dot One" konqlomeratına daxil olan strukturlara, B.Zəncani ilə əlaqəli və artıq sanksiyalar altında olan rəqəmsal birjaların fəaliyyətini dəstəkləyən, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş bir neçə şirkətə şamil olunub.
Məhdudiyyətlər həmçinin bu şirkətlərin rəhbərlərinə qarşı da tətbiq edilib.
ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, B.Zəncani gəlirlərin yuyulması və vəsaitlərin İranın maraqları naminə gizli şəkildə köçürülməsi üçün maliyyə xidmətləri, rəqəmsal aktivlərlə ticarət, qızıl və qiymətli daşların hasilatı, eləcə də iri infrastruktur layihələrini özündə birləşdirən şaxələndirilmiş aktiv portfelindən istifadə edib.
Oxşar xəbərlər
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb
İran Xarici İşlər Nazirliyi (XİN) Fransa XİN-in bəyanatında yer alan və bu ölkənin Tehrandakı səfirliyinə bağlı təhsil müəssisəsi barədə əsassız, həqiqətə uyğun...