SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-də İŞİD terror təşkilatının üzvü olduğu deyilən şəxs ölkəyə gəldikdən iki il sonra həbs edilib.

Bu barədə NBC kanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İŞİD üzvü olduğu deyilən 33 yaşlı Covoxir Attoyev iki həftə əvvəl Briləşmiş Ştatların İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin federal əməkdaşları tərəfindən həbs edilib.

“Miqrant 2022-ci ilin əvvəlində ABŞ-Meksika sərhədini keçib. Özbəkistan beynəlxalq xəbərdarlıq elan etdikdən sonra onun ABŞ-də olduğunu müəyyənləşdirmək təxminən bir il çəkib”, - deyə məlumatda qeyd olunur.

BAKU.WS