ABŞ-də İŞİD üzvü həbs edildi
02
may
2024
12:12
ABŞ-də İŞİD terror təşkilatının üzvü olduğu deyilən şəxs ölkəyə gəldikdən iki il sonra həbs edilib.
Bu barədə NBC kanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İŞİD üzvü olduğu deyilən 33 yaşlı Covoxir Attoyev iki həftə əvvəl Briləşmiş Ştatların İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin federal əməkdaşları tərəfindən həbs edilib.
“Miqrant 2022-ci ilin əvvəlində ABŞ-Meksika sərhədini keçib. Özbəkistan beynəlxalq xəbərdarlıq elan etdikdən sonra onun ABŞ-də olduğunu müəyyənləşdirmək təxminən bir il çəkib”, - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
İŞİD Moskvadakı terroru törətməyə qadir idi? - TƏHLİL
Moskvadakı terror hadisəsindən sonra qanlı hadisəyə görə məsuliyyət bölgüsü mövzusunda rəsmi və qeyri-rəsmi mübahisələr davam etməkdədir: - Rusiya “İslam dövlət...