"Vaqner"in yüksək vəzifəli şəxsi Norveçdə saxlanılıb
"Vaqner" hərbi qruplaşmasının yüksək vəzifəli üzvü Andrey Medvedev sığınacaq istədiyi Norveçdə saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı VG qəzeti yayıb.
Məlumata görə, Medvedyev İmmiqrasiya Qanununa əsasən saxlanılıb. Belə ki, o, ölkəyə giriş edərkən immiqrasiya qanunlarını pozub.
Medvedevin vəkili Brynjulf Risnes bildirib ki, onun müvəkkili cinayət törətməkdə şübhəli bilinmir. Risnes, "Sadəcə təhlükəsizlik tədbirləri görülüb", - deyə qeyd edib.
Həyatı üçün narahat olduğu bildirilən Medvedevin bu ayın əvvəlində Rusiya ilə 200 kilometrlik sərhədi qanunsuz keçərək Norveçə daxil olduğu təxmin edilir. Norveç İmmiqrasiya Xidməti (UDI) Medvedevin yanvarın 16-da sığınacaq üçün müraciət etdiyini təsdiqləyib.
Oxşar xəbərlər
Soledarda küçə döyüşləri - Ukrayna ordusu "Vaqner"çiləri məhv edir - VİDEO
Ukraynanın Soledar şəhərində küçə döyüşləri gedir. BAKU.WS xəbər verir ki, döyüşlərdə Ukrayna ordusu "Vaqner"çiləri məhv edir. Qeyd edək ki, bir müddət əvvəl Ru...