Almaniyaya ötən ay qanunsuz yolla 21 mindən çox miqrant gəlib
22
okt
2023
23:12
Almaniyaya ötən ay qanunsuz yolla 21 mindən çox miqrant gəlib.
"Report"un məlumatına görə, bu barədə "Deutsche Welle" polisə istinadən məlumat yayıb.
Məlumata görə, sentyabr ayında ölkəyə 21 366 nəfər miqrant qanunsuz yolla daxil olub.
Qeyd edək ki, 2016-cı ilin fevral ayından Almaniyada bu cür dinamika müşahidə olunmayıb. Həmin dövrdə 25 650 miqrant gəlib.
Ümumilikdə son 7 ayda Almaniyaya miqrant axını artıb. İlin əvvəlindən ölkəyə 92 119 nəfər qanunsuz yolla keçib.
Oxşar xəbərlər
Almaniyada terror aktı törətmək istəyən iranlılar saxlanılıb
Yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin xüsusi təyinatlıları 32 yaşlı İran vətəndaşını dini zəmində terror aktı hazırlamaqda şübhə...