Türkiyədə gözlənilən məhkəmə baş tutdu - Məşhur aparıcının ərini... - FOTO
Ötən gün türkiyəli aparıcı və aktrisa Ece Erken mərhum əri, vəkil Şafak Mahmutyazıcıoğlunun öldürülməsində ittiham edilən şəxslərin məhkəməsi baş tutub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bakırköy 12-ci Ağır Cəza Məhkəməsində keçirilən məhkəməsində 7 məhkumun cinayət işinə baxılıb. Qatil Kadir Yasaka ömürlük həbs verilib.
Bundan başqa hakim Kadir və Ali Yasaka "qəsdən adam yaralama" maddəsi ilə 4 il 6 ay, "Qanunsuz olaraq silah, bıçaq saxlamaq və daşımaq" maddəsi ilə 2 illik həbsinə qərar verib.
Kadir Yasaka "Birdən çox adamın olduğu iş yerində oğurluq etmək" maddəsi ilə də 9 il həbs cəzası verilib.
Digər məhkumlar Seccad Yeşil, Serkan Dakmana 4 il 6 ay həbs cəzası verilib.
Təqsirləndirilən digər şəxslər Abdulkadir Kara, Kerem Öztürk, Gökhan Karakan isə xaricə çıxmamaq şərti ilə azadlığa buraxılıblar.
Qeyd edək ki, vəkil Şafak Mahmutyazıcıoğlu Bakıköy adlı ərazidəki restoranlardan birində naməlum şəxslərin hücumuna məruz qalıb. 7 güllə yarası alan Mahmut xəstəxanaya aparılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyəli fenomen ABŞ-də 10 evi necə aldığını açıqladı - FOTO/VİDEO
Engin və Dilan Polatın həbsindən sonra haqqında istintaq başladılan və var-dövləti müsadirə edilən türkiyəli fenomen Eylül Öztürk ABŞ-də 10 evi necə almasını aç...