Türkiyəli fenomen ABŞ-də 10 evi necə aldığını açıqladı - FOTO/VİDEO

Türkiyəli fenomen ABŞ-də 10 evi necə aldığını açıqladı - FOTO/VİDEO
Foto Video
Siyasət 0

Engin və Dilan Polatın həbsindən sonra haqqında istintaq başladılan və var-dövləti müsadirə edilən türkiyəli fenomen Eylül Öztürk ABŞ-də 10 evi necə almasını açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, qənaətcil insan olduğunu və illərlə qənaət edərək ev aldığını deyib.

Öztürk həmçinin "Haqqımı tapdalayanları bağışlamayacağam" deyərək şikayətlənib:

"Evlərin hər biri 125 min dollardır. Türkiyədə 125 min dollara sadəcə maşın ala bilərsiniz. Hamısını satsam, bir böyük ev ala bilərəm. İnsanlar mənim 10 malikanəm olduğunu düşünür. İllərlə yemədim-içmədim, pul yığdım, qənaətcil qadınam. Kaş ki, hamısını cəmləyib bir dənə böyük ev ala biləydim. Böyük ev alsaydım, o zaman bu qədər danışılmazdı. 10 deyəndə insanlar elə bilirlər nəsə var. Amerikada 100 min dollara ev almaq olar. İstanbulda bu mümkün deyil. Təəssüf ki, bunu anlamırlar.

Bir sözlə, mən həmişə son dərəcə qənaətcil, pul qazanmağın necə çətin olduğunu bilən, övladlarımın gələcəyi üçün pul yığmağa çalışan, gecə-gündüz işləyən qadın olmuşam. Nə marka çanta və geyim asılılığım var, nə də başqa belə həvəsim. Başqalarının geyindiyi çanta mənim bir evimin pulunu ödəyə bilər... Ramazan gəlir, hamınız oruc tutacaqsınız, amma siz mənim haqqımı tapdalayırsız və mən sizə haqqımı halal eləmirəm. Ona görə də gün gələndə heç kim məndən bağışlanma diləməsin”.

Son xəbərlər