Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ

Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ
Foto
Mədəniyyət 12

Almaniyanın Fulda şəhərində vəfat edən və nəşi Azərbaycana gətirilən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev Bakıda, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mədəniyyət xadimləri və mərhumun yaxınları iştirak ediblər.

***14:00

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hazırda Əməkdar artistlə Təzəpir məscidində vida mərasimi keçirilir.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, eləcə də mərhumun yaxınları iştirak edirlər.

Qeyd edək ki, Arif Mirzəyev "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər