Türkiyəli aparıcı Kim Kardaşyanı Azərbaycana görə biabır etdi - VİDEO

Türkiyəli aparıcı Kim Kardaşyanı Azərbaycana görə biabır etdi - VİDEO
Video
Siyasət 5576

Bir neçə gündür cəbhədə gedən şiddətli döyüşlər Türkiyə mətbuatının da gündəmindən düşmür.

BAKU.WS xəbər verir ki, “Show TV” kanalının aparıcısı Ece Üner Azərbaycan haqqında uydurma xəbərlər yayan, Türkiyənin Azərbaycana qoşun göndərməməsinə çağırış edən erməni əsilli pornoulduz Kim Kardaşyanın iddialarına fərqli şəkildə reaksiya verib.

“Kim Kardaşyanın kameraya göstərməyə öyrəşdiyi böyük bir mənbəyi var. Yəqin, bunu uyduranda da həmin mənbədən yararlanıb”, - deyə Ece Üner efirdə bildirib.

Ecenin bu sözləri məşhur türk aktrisa Dəniz Çakırı özündən çıxarıb. O, aparıcını seksist olmaqda ittiham edib:“Bu necə avam, yaraşmayan bir üslubdur. Bu üslubla xəbər aparıcılığı edir. İnanılası deyil”.

Ece Ünerin aktrisaya cavabı gecikməyib. Aparıcı onu seksistlikdə günahlandıranlara layiqli cavab verib.

“Əsas seksistlik burada cinsiyyətçilik axtarmaqdadır. Mən “adi” qadınların haqqını tələb edəndə siz hardaydınız?” – o, “Twitter”də yazıb.

Türkiyəli məşhurlar Ece Ünere dəstək verərək Dəniz Çakırı qınayan paylaşımlar ediblər. Onlardan biri də məşhur müğənni Alişan olub. O, Dəniz Çakır kimilərə təəccüblənmədiyini bildirib:

“Həqiqətən, təəccüblənmirəm artıq sən və sənin kimilərə, Dəniz Çakır! Ece Üner edə biləcəyi ən gözəl cavabı verdi. Əlavə olaraq, insan avam olsun amma “şey” olmasın!”

Son xəbərlər