Aparıcı ikinci ərinin vəfatından 13 ay sonra birinci həyat yoldaşı ilə barışdı - FOTO

Aparıcı ikinci ərinin vəfatından 13 ay sonra birinci həyat yoldaşı ilə barışdı - FOTO
Foto
Siyasət 533

Ötən ilin əvvəlində ikinci əri Şafak Mahmut Yazıcıoğlunu itirən aparıcı Ece Erken birinci həyat yoldaşı ilə barışıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ece özü bildirib.

O, yeganə övladı Eymenle atası Serkan Uçarın birlikdə çəkilən görüntülərini sosial şəbəkə hesabından paylaşıb. Ecenin 2015-ci ildə qalmaqallı şəkildə ayrıldığı həyat yoldaşı Uçarla barışdığı bildirilib.

Aparıcı birinci həyat yoldaşı Serkandan fiziki şiddət gördüyü üçün ayrıldığını bəyan etmişdi.

Məlumat üçün bildirək ki, 2022-ci ilin yanvarında Ece Erkenin ikinci həyat yoldaşı Şafak Mahmut Yazıcıoğlu restoranda yeyib-içərkən silahlı hücuma məruz qalıb.

O, 7 güllə yarası alaraq vəfat edib. Bu hadisədən 1 il 1 ay sonra isə Ece birinci əri Serkan Uçarla barışıb.

Son xəbərlər