VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya musiqi tarixində bir çox məşhurlar var ki, onlar öldükdən sonra da xatırlanır, yada salınır və mahnıları sevilərək dinlənilir. Ötən gün vəfat edən tanınmış müğənni Tina Törner də bu siyahıya daxil olan sənətçilərdəndir.

BAKU.WS xəbər verir ki, 83 yaşında vəfat edən Tina Törner (əsil adı Anna Mae Bulok) 1939-cu ilin noyabrın 26-da ABŞ-nin Tennessi ştatındakı kiçik Natbuş şəhərində sadə ailənin ikinci övladı olaraq doğulub.

Anası Zelma zavod işçisi olub, atası Floyd isə kənd təsərrüfatı ilə məşğul olub. Bir müddət sonra Tinanın ana və atası boşanır. O və iki bacısı nənələrinin himayəsində qalırlar. Tina həmişə tibb bacısı olmaq istəyib. Nənəsi vəfat etdikdən sonra Tina anasının yaşadığı Sent-Luis şəhərinə gedib və orada "Sumner" liseyini bitirir.

Musiqi aləmində “rokun kraliçası” kimi tanınan Törner ilk dəfə 17 yaşında bir gecə klubunda səhnə alarkən kəşf edilib.
Gitaraçı İka Turner Tinanın güclü səs imkanları olduğunu görərək onu yaratdığı qrupa vokalist kimi çalışmağa dəvət edir. Bundan sonra cütlük arasında yaranan səmimi münasibətlər onların evlənməsinə səbəb olur və onlar 1962-ci ildə ailə həyatı qururlar.

Lakin İkanin Tinaya qarşı qəbuledilməz davranışları bu ailənin təməlinin sarsıdır və cütlük 1978-cı ildə boşanır. Tina əri tərfəindən döyüldüyünü və mütəmadi olaraq şiddətə məruz qaldığını açıqlayır. Müğənni boşanarkən, “Keçmiş həyat yoldaşımdan soyadından başqa heçnə istəmirəm”, - sözlərini söyləyib. O, İkani tərk etdikdə cibində cəmi 36 senti və benzin kartı olur. Ona “Tina Törner” adını keçmiş həyat yoldaşı İka verib. Bu hadisə sənətçinin 1960-ci ildə hit olan “A fall in love” mahnısını ifa etməzdən əvvəl olub.

1975-1983-cü illərdə karyerasında çöküş yaşayan Tina "Capitol" şirkəti ilə müqavilə imzalayır və buraxdığı “All Green” albomu dünyada 11 milyondan çox satış edir. Bununla da Tina 4 “Grammy” qazanır. 1984-cü ildə təqdim etdiyi “Private Dancer” albomu onu bütün dünyaya tanıdır. Tina ilk dəfə “Mad Max Beyond Thunderdome” filmində rol alaraq aktrisalıq məharətini də yoxlayır.

Beləliklə Törner 80, 90 və 2000-ci illərin super ulduzuna çevrilir. Onun 1986-cı iləd Rio de Janeroda verdiyi konsertinin 186 min insan dinləyib bununla da dövrünün ən çox izlənilən müğəniləri arasında rekord qırıb. Tinanın fanatları arasında Deyvid Boui, Elton Con və Rod Stüart kimi məşhur simalar da olub.

Tina mübarizliyi və sənət aləmindəki cəsarəti ilə bir çox müğənniyə ilham verir. “Proud Mary”, “What's Love Got To Do with It” ifaçının sevilən hitlərindəndir.

Ömrünü daha çox Avropada keçirməyə üstünlük verən Tina 1985-ci ildə Londona köçür. O, 1994-cü ildən etibarən almaniyalı əri Ervin Bax ilə İsveçrənin Sürix şəhəri yaxınlığındakı Kyusnaxtda yaşayırdı.

Tina 2000-ci ildə Fransanın Nice şəhəri ətrafında dəbdəbəli villa inşa etdirir, zaman-zaman orada da qalır. 2013-cü ildə İsveçrə vətəndaşlığını qəbul edir və Amerika vətəndaşlığından imtina edir.

Həyatı boyunca iki dəfə evlənən sənətçinin 4 övladı var. Onlardan ikisini Tina övladlığa götürüb. Onun oğlu Kreyk 2018-ci ildə intihar edərək ölüb. Digər oğlu Ronni isə 2022-ci ildə evinin önündə ürəyi gedərək vəfat edib. Ona xərçəng xəstəliyi diaqnozu qoyulubmuş.

Tina da uzun müddət xərçəng xəstəliyi ilə mübarizə apardı. O böyrək çatışmazlığından da əziyyət çəkib. İfaçı 24 may tarixində illərdir yaşadığı Sürix yaxınlığındakı evində dünyasını dəyişib.

Zöhrə Pənah
BAKU.WS