ABŞ-da polis tərəfindən öldürülən Corc Floyd dəfn edildi - FOTO

ABŞ-da polis tərəfindən öldürülən Corc Floyd dəfn edildi - FOTO
Foto
Siyasət 150

ABŞ-ın Minnesota şəhərində polis tərəfindən öldürülən afroamerikalı Corc Floyd Hyuston şəhərində dəfn edilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Floyd ilə 3 fərqli şəhərdə vida mərasimi keçirilib.

O, bu gün ailəsi üçün xüsusi təşkil edilən mərasimdən sonra anasının məzarının yerləşdiyi qəbiristanlıqda dəfn edilib.

Vida mərasimində çıxış edən Hyuston Bələdiyyə sədri Silvester Törner bildirib ki, bu şəhərdə polislərin cinayətkarları yaxalaması zamanı boynundan tutmasını və boynunu sıxmasını qadağan edən əmr imzalayacaq.

Qeyd edək ki, 46 yaşlı Corc Floyd 25 may tarixində fırıldaqçılıqda şübhəli bilinərək polislər tərəfindən saxlanılarkən bir polisin uzun müddət dizi ilə onun boğazını sıxması nəticəsində ölüb. Bundan sonra ölkədə kütləvi aksiyalar başlayıb.

Son xəbərlər