Türkiyənin nüfuzlu media orqanları: Mənsimovun erməni şərikinə 130 il həbs istənildi - VİDEO/FOTO

Türkiyənin nüfuzlu media orqanları: Mənsimovun erməni şərikinə 130 il həbs istənildi - VİDEO/FOTO
Video
Siyasət 1611

FETÖ ilə əlaqələrdə təqsirli bilinərək, həbs edilib həbsxanaya göndərilən “Palmali Holding” İdarə Heyətinin sədri Mübariz Mənsimovun ABŞ-dan olan ortağı, həbsdə olan müttəhim Levon Termencyan ABŞ xəzinəsinə qarşı bir milyard dollarlıq fırıldaqçılıqda ittiham olunduğu məhkəmə tərəfindən təqsirkar bilinib.

Bu barədə Türkiyənin nüfuzlu Sabah.com.tr saytı məqalə dərc edib.

Türk mətbuatı yazır ki, ötən gün Utah Salt Lake City Federal Məhkəməsində baxılan işin qərar iclasında “Noil Energy” şirkətinin İdarə Heyətinin sədri Levon Termencyanla “Washakie Renewable Energy” şirkətinin sahibi Yakop və İsaiyah Kinqston qardaşlarının mütəşəkkil şəkildə ABŞ xəzinəsinə qarşı saxta sənədlərlə xəyali ixrac həyata keçirərək, bir milyard dollarlıq məbləği haqsız olaraq vergi qaytarılması və təşviq şəklində əldə etdiyi müəyyən olunub.

27 yanvar 2020-ci ildə Utah Əyalətinin tərkibindəki Salt Lake City Federal Məhkəsində hakim qarşısına çıxarılan, həbsdə olan müttəhimlərdən Levon Termencyanın 10 müxtəlif cinayətdən 130 ilə qədər, Yakop və İsaiyah Kinqston qardaşlarının isə FTB ilə anlaşaraq, məhkəmədə etirafçı olması nəzərə alınaraq, 30 ilə qədər həbsi tələb edilib.

Yeddi həftə davam edən məhkəmələr nəticəsində Utah Salt Lake City Federal Məhkəməsinin hakimi Jill N.Parriş münsif heyətinin Termencyan və Kinqston qardaşlarını ABŞ xəzinəsinə qarşı fırıldaqçılıq, vergidən yayınma və çirkli pulların yuyulması başlıqlarının da daxil olduğu 10 fərqli cinayət əməlinə görə təqsirkar bilindiyini qeyd edərək, məhkumluq müddətləri ilə bağlı qərarın qarşıdakı günlərdə açıqlanacağı bildirilib.

Mübariz Mənsimov və erməni şəriki Levon Termencyan

Qurbanoğlu Termencyanla münasibətini inkar etmişdi

“Palmali Holding”in İdarə Heyətinin sədri Mübariz Mənsimov daha əvvəl Levon Termencyanla ortaq olması iddiaları ilə bağlı Azərbaycan mətbuatına sərt cavab vermişdi:

“Heç bir erməni yanıma belə yaxınlaşa bilməz. Bu cür iddialar erməni diasporunun mənə atdığı iftiradır”.

Mübariz Mənsimov və şəriki Levon Termencyanın 2 oktyabr 2016-cı il tarixində Bereket Öner və Yasemin Önerin birgə nikah şahidliyi edərkən çəkilmiş fotosu.

Hətta daha irəli gedən “Palmali” rəhbəri Mübariz Mənsimov: “Üç nəsil əvvəli erməni olan şəxs belə yanımda çalışa bilməz, yaxınlaşa bilməz. Azərbaycanlı bir şəxs ermənilərlə əməkdaşlıq edərsə, o azərbaycanlı deyil, xaindir”, - deyərək Termencyanla ortaqlığını inkar etmişdi.

Termencyan ailəsi Mənsimovun sözlərini yalanlamışdı

Türkiyənin daha bir populyar xəbər kanalı olan TV 100-ün internet portalı yazır ki, Levon Termencyanın oğlu Corc Termencyan Salt Lake City Federal Məhkəməsində baxılan iş çərçivəsində “Palmali Holding”in İdarə Heyətinin sədri Mübariz Mənsimovun atası ilə bağlı açıqlamalarına cavab verərkən “Mübariz Mənsimov bizim partnyorumuz idi. Atamın göstərişi ilə 2016-cı ildə Mənsimovla Kaliforniyada “Palmali USA LLC” adlı şirkət yaratdıq. Mübarizin dedikləri doğru deyil”, - deyə bildirib.

Corc Termencyanın əmisi isə verdiyi açıqlamada “PALMALI USA LLC” şirkətinin ABŞ-ın Kaliforniya əyalətində qurulmasına Levonla Mübarizin qərar verdiyini bildirib.

Lev Aslan Dermenə yaxın mənbələrdən “PALMALI USA LLC” ilə bağlı əldə edilən məlumatda bildirilib:

“ABŞ kabotajında daşınma etmək məqsədilə bu ölkədə inşa edilmiş neft və ya məhsul tankerlərinin daxil olduğu donanmanı Mübariz Mənsimov icarəyə götürəcək və ya alacaqdı. Levon Termencyan isə Pentaqon və NATO-nun daşınma müqavilələrini “PALMALI USA LLC” şirkətinin adına təşkil edəcəkdi”.

“PALMALI USA LLC” şirkəti 2016-cı ildə Kaliforniyada quruldu

ABŞ Xəzinəsinə qarşı saxta sənədlərlə bir milyard dollarlıq fırıldaqçılıq iddiası ilə 2018-cı ilin avqust ayında FTB-nin keçirdiyi əməliyyatla saxlanılan erməni əsilli Levon Termencyanla ortaqları Yakop və İsaiyah Kinqston qardaşlarının İstanbul mərkəzli neft daşınma şirkəti “Palmali Dənizçilik” şirkəti İdarə Heyətinin sədri Mübariz Mənsimovla 27 oktyabr 2016-cı ildə neft və məhsul daşınması, biodizel daşınması və karqo daşınması həyata keçirmək məqsədilə 201630710161 qeydiyyat nömrəli “PALMALI USA LLC” adlı gəmi idarəçiliyi şirkətini qurduğu bilinir.

Kaliforniyada xam neft daşınması məqsədilə fəaliyyət göstərən, Kaliforniya Ştatı Dövlət katibliyi tərəfindən 18 noyabr 2016-cı il tarixli 16-499992 sənəd nömrəsi ilə qurulan “PALMALI USA LLC” şirkətində Levon Termencyanın oğlu Corc Termencyanın baş direktor təyin edildiyi bildirilib, şirkətin mərkəzinin 1234 W Cowles St, Long Beach, CA 90813 olduğu qeyd edilib.

Son xəbərlər