"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda IV turda səfərdə Norveç təmsilçisi "Vikinq"lə qarşılaşıb.
"Sandnes Ulf Arena"da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 növbəti matçını noyabrın 25-də "Barselona"ya qarşı keçirəcək. Bakı təmsilçisi daha əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandalarına məğlub olub.
Oxşar xəbərlər
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb. BAKU.WS xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv turnirin I...