Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR - 31 fərqli ünvanda...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeraltı və yerüstü piyada keçidlərinin infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçiriləcək.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə "LiftTəmir" İstehsalat Birliyi tərəfindən iki ayrı satınalma müsabiqəsi elan edilib.
Paytaxtın 31 fərqli ünvanında yerləşən keçidlərdə lift, eskalator, travelator və əlil arabaları üçün platformaların yenilənməsi, bir sıra avadanlıqların isə əsaslı təmiri nəzərdə tutulur.
Hər iki layihə üzrə nəzərdə tutulan ümumi vəsait 19 milyon 990 min manat təşkil edir.
Bu layihələrin əhəmiyyəti yalnız köhnəlmiş avadanlıqların yenilənməsi ilə məhdudlaşmır. Piyada keçidlərində lift və eskalatorların işlək vəziyyətdə olması yaşlı insanların, uşaqlı valideynlərin, hərəkət imkanları məhdud şəxslərin və digər piyadaların təhlükəsiz və rahat hərəkəti baxımından vacibdir. Xüsusilə əlil arabaları üçün platformaların yenilənməsi şəhər infrastrukturunun hamı üçün əlçatan olmasına töhfə verəcək.
Oxşar xəbərlər
Əhaliyə XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 5-i axşamdan 6-sı səhərədək güclü külək əsəcək. BAKU.WS xəbər verir ki, bu barədə Milli H...