Dünyada koronavirusa yoluxma halları yüksək qalmaqda davam edir. Ötən sutka ərzində virusa yoluxanların sayı 178,9 min nəfərə çatıb.

Karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artması əksər ölkələrdə müşahidə olunur.

Belə ki, iyulun 5-də Qazaxıstan ərazisində qadağalar yenidən qaytarılır. Bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev açıqlama verib.

“Mayın 11-də məhdudiyyətlər elan olunandan bəri koronavirusa yoluxma halları 7 dəfə artıb. İyulda regionlarda avtobus hərəkəti, idman, konsert və s. tədbirlər qadağan olunacaq”.

İsrail də iyul ayında sutkada rekord yoluxma hallarının müşahidə olunduğunu açıqlayıb. Rekord sutkalıq yoluxma 868 nəfərə çatıb. İsrail İnfeksion Xəstəliklər Cəmiyyətinin sədri Miri Vaynberger situasiya üzərində nəzarəti itirə biləcəklərini söyləyib. Ölkənin səhiyyə naziri Yuli Edelşteyn ikinci dalğanın gəlişindən xəbər verib.

“Biz ikinci dalğanın astanasındayıq. Təcili yeni məhdudiyyətlər tətbiq etməliyik. Bu məhdudiyyətlər görüşlərə, toy mərasimlərinə və müqəddəs yerlərin ziyarət olunmasına aid olunmalıdır”.

Paralel olaraq məhdudiyyətlərin ləğv olunduğu Almaniyada mayın sonunda minimuma düşən COVID-19 iyulun əvvəllərində yenidən artmağa başlayıb. Buna görə federal ərazilər arasında əlaqələr kəsiləcək. Almaniyada yoluxma sayı 200-ə yaxınlaşır, 9 min nəfər isə vəfat edib.

İsveçrədə koronaviruslu xəstənin Sürix şəhərində gecə klublarını ziyarət edən zaman xeyli insanı yoluxdurması da problemlərə yol açıb. Belə ki, iyulun 6-dan ictimai nəqliyyatda maska taxmaq məcburi olacaq.

Korionavirusla mübarizədə fərqli strategiyalar seçən İran, YaponiyaSəudiyyə Ərəbistanında da yoluxmalar artır. May ayında izolyasiya tədbirlərinin yumşaldığı İranda iyundan başlayaraq sutkalıq 3 min yoluxma qeydə alınır. Hazırda ölkədə 233 min yoluxma, 11 min ölüm qeydə alınıb. İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari hazırda bir neçə vilayətdə virusun pik səviyyəyə çatdığını, ölkədə koronavirusun birinci dalğasının davam etdiyini əlavə edib.

Yaponiyanın paytaxtı Tokioda isə karantin tədbirləri öncə sərtləşdirilsə də, sonradan yumlaşdıldı. Hazırda yoluxma sayının artmasına görə növbəti dəfə sərtləşmə addımları atılıb. İyulun 2-də may ayında bəri ən yüksək göstərici – 107 yoluxma qeydə alınıb. Tokio qubernatoru Yuriko Koike vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.

London Universitet Kollecinin reanimatologiya kafedrasının rəhbəri Xyu Montqomeri isə karantinin qəfil yumşaldılmasını yolverilməz sayır.

“Karantin tədbirlərinin qəfil ləğv olunması yeni yoluxmalara səbəb olur”.

Modern.az
BAKU.WS