Dünya ölkələri bayramı erkən etməyə başladı, vəziyyət daha da pisləşdi

Dünya ölkələri bayramı erkən etməyə başladı, vəziyyət daha da pisləşdi
Sosial 1746

Ötən ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan və bütün dünyada bu günə qədər 8 milyondan çox insanın yoluxmasına səbəb olan koronavirus pandemiyası ilə mübarizədə bəzi ölkələrdə insanlar "erkən bayram" havasına girdilər.BAKU.WS xəbər verir ki, bir çox ölkələrdə, xüsusən Avropada aprelin sonlarından etibarən virusa yeni yoluxma hallarının azalması və sağalanların sayının çoxalması müşahidə edildi.Elə Azərbaycanda da görülən karantin tədbirləri sayəsində yoluxma hallarının sayı 30-dan aşağı düşmüşdü.Artıq koronavirusla mübarizədə uğurlu nəticələr əldə edildikdən sonra karantin tədbirləri Avropada və digər bölgələrdə yumşaldıldı. Lakin insanlar karantindən sonrakı müddəti düzgün idarə edə bilmədilər, verilən göstərişlərə riayət etmədilər. Nəticə etibarilə artıq dünyada virusa yoluxma üzrə hər gün yeni anti-rekordlar vurulur.Virusa qalib gəlmək üzrə olan Çində, xüsusən Pekin şəhərində yoluxma halları artmağa başlayıb. Artıq Çində yenidən fövqəladə vəziyyət elan edilməsinə hazırlıq görülür.Türkiyədə karantin yumşaldıqdan sonra insanlar əvvəlki normal həyata daha tez başladı və nəticə etibarilə yoluxma halları yenidən yüksəldi. Sosial məsafə və şəxsi gigiyenaya əməl edilməsi barədə çağırışlar edilsə də, yoluxmanın artmasının qarşısını almaq mümkün olmur. Yoluxma tempini azaltmaq üçün sərt cəza tədbirləri tətbiq edilsə də, hələlik bu da fayda vermir. Türkiyədə bir neçə ay ərzində gərgin səylərlə əldə edilən uğurlu nəticə bir neçə gün içində aradan getdi.Digər qonşumuz İranda da eyni vəziyyətin şahidiyik. Karantin tədbirləri yumşaldılandan sonra aktiv xəstələrin sayı 2 dəfə artıb.Azərbaycanda isə mayın əvvəlində karantin tədbirləri yumşaldıldı. Həmin dövrdə yoluxma sayı 50 civarında indi. İyunun əvvəlində həftə sonları bəzi şəhərlərdə küçəyə çıxma qadağası tətbiq olunsa da, bu, yoluxmanın artım tempinin qarşısını ala bilmədi. Artıq gündəlik yeni yoluxmaların sayı 500 nəfəri keçmək üzrədir. Vəziyyət kritik həddə çatdığı üçün hökumət Bakı, Abşeron, Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Yevlax, Cəlilabad kimi şəhər və rayonlarda 21 iyun-5 iyul tarixləri aralığında sərt karantin elan etdi.Dövlətlər və hökumətlər karantin tədbirlərini tətbiq edərək virusun yayılma dairəsini məhdudlaşdırmağa və yeni yoluxmaların sayını azaltmağa çalışır. Bu məsələdə isə bir ölkənin uğur əldə etməsi hər şeyin bitməsi demək deyil. Həyatın əvvəlki normaya qayıtması üçün gərək bütün ölkələrdə eyni vaxtda koronavirusla mübarizə tədbirləri uğurlu nəticəsini versin. Əks halda ölkələr arasında normal gediş-gəliş bərpa olunmayacaq, gediş-gəlişin bərpa olunduğu ölkələrdə isə yoluxma halları davam edəcək.Bunu nəzərə alan bir sıra ölkələr, xüsusən Avropa ölkələri yenidən sərt karantin tədbirləri tətbiq etməyə hazırlaşır. İndiki vəziyyətdə bu tədbirlərin qaçılmaz olduğu görülməkdədir.Azərbaycanda hazırda tətbiq olunan tədbirlərin nəticəsi növbəti 10-14 gün ərzində bilinəcək və növbəti addımlar da bundan sonra qərara alınacaq.Unutmayaq ki, həyatımızı qorumaq həm də birbaşa özümüzün məsuliyyətimizdədir. Odur ki, verilən göstərişlərə əməl edərək özümüzü və başqalarını riskə atmamalı və koronavirusa qalib gələrək yenidən normal həyatımıza qayıtmalıyıq.

Son xəbərlər