Dünyada gün ərzində koronavirusa yoluxanların sayı 123 min artıb
Dünyada koronavirusa yoluxanların sayı sutkada 123 min artaraq 6 milyonu keçib. Koronavirusdan ölənlərin sayı isə 4 mindən çox artaraq 370 mini keçib.
BAKU.WS-in məlumatına görə, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib.
İyunun 1-nə saat 12:00-a olan vəziyyətə görə, dünyada 6 057 853 yoluxma və 371 166 ölüm halı qeydə alınıb. Sutka ərzində daha 122 917 nəfər koronavirusa yoluxub, 4 000 nəfər ölüb.
Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 817 232 nəfər. Sutka ərzində həmin göstərici 73 439 nəfər artıb, ölənlərin sayı isə 2 812 nəfər artaraq 160 514 nəfərə çatıb.
Avropada ümumilikdə 2 159 791 yoluxma və 180 594 ölüm halı aşkarlanıb. 24 saat ərzində yoluxanların sayı 17 244, ölənlərin sayı isə 509 nəfər artıb.
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 520 137-ə çatıb, 1 212 627 ölüm faktı qeydə alınıb. Gün ərzində yoluxanların sayı 1 515 136 nəfər artıb, 274 nəfər ölüb.
Oxşar xəbərlər
Koronavirusun yayıldığı ən təhlükəli ölkələrin SİYAHISI
Mayın 1-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 3 175 207 nəfərə çatıb. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya...