Qazaxıstanda dəhşətli qəzada ölənlərin sayı artdı: 15 ölü, 66 yaralı - VİDEO - YENİLƏNİB
Qazaxıstanın Almatı şəhərində "Fokker 100" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin 15 nəfərə, yaralıların sayı isə 66 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qazaxıstan Fövqəladə Hallar Komitəsi açıqlayıb ki, "Bek Air" hava yollarının təyyarəsi Almatı şəhərinə gedərkən yaşayış sahəsinin üzərinə düşüb.
Almatı şəhər qubernatoru bəyan edib ki, təyyarədə 8-i uşaq və 5-i ekipaj üzvü olmaqla, 93 nəfər olub.
Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi qəzanın səbəbi açıqlanana qədər "Bek Air" avia şirkətinin uçuşlarının dayandırıldığını açıqlayıb.
***09:02
Qazaxıstanın "Bek Air" şirkətinə məxsus sərnişin təyyarəsi Alma-Atı hava limanı yaxınlığında qəzaya uğrayıb.
BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı 14 nəfərin həyatını itirdiyi, 35 sərnişinin yaralandığı açıqlanıb.
Təyyarədə 95 sərnişin və 5 heyət üzvü olub.
Qeyd edək ki, "Bek Air" aviaşirkətinin bortu aerodrom xaricində yerə düşüb.
Oxşar xəbərlər
Qazaxıstanda hərbi helikopter qəzaya düşdü - 7 hərbçi həlak oldu
Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirli...